Albaniya Parlamentinin sədrindən təşəkkür məktubu

16/12/2014

Hörmətli Abel Məhərrəmov,

Göndərdiyiniz dəvət, səmimi qəbul, göstərdiyiniz qonaqpərvərlik üçün dərin minnətdarlığımı bildirirəm. Bakı Dövlət Universitetinin professor-müəllim heyəti  və tələbələri ilə keçirdiyimiz görüş çox mühün və yaddaqalan oldu.

Təhsil sahəsinin hər iki ölkə iqtisadiyyatının gələcəyi üçün mühüm rol oynadığını nəzərə alaraq, bir daha qeyd etmək istərdim ki, iki dost ölkə olan Albaniya və Azərbaycan arasında təhsil sahəsində, habelə universitetiniz və Tirana Politexnik Universiteti və Albaniyanın digər ali məktəbləri ilə  münasibətlərin inkişaf etdirilməsinə daim hazırıq. Azərbaycanın texniki təcrübəsini yüksək dəyərləndirərək, bu əməkdaşlığın TAP layihəsi çərçəvəsində böyük önəmini xüsusilə vurğulamaq istərdim.

Bakı Dövlət Universiteti ilə Tirana Politexnik Universiteti arasında imzalanan Anlaşma Memorandumunu yüksək qiymətləndirərək, bir daha səmimi qəbul üçün təşəkkür edirəm və öz minnətdarlığımı bildirirəm.

Albaniya Parlamentinin sədri

İlir Meta

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!