Akdəniz Universitetinin professoru məruzə edib

20/08/2014

Bu gün Antalya Akdəniz Universitetinin Riyaziyyat bölməsinin müdiri, professor İlham Əliyev Mövlanə Mübadilə proqramı çərçivəsində  Bakı Dövlət Universitetinin Mexanika-Riyaziyyat fakültəsində “Teleskopik düstur və onun tətbiqləri” mövzusunda yay məkətəbində iştirak edən müəllim və tələbələr qarşısında məruzə ilə çıxış edib. Elmi-tədqiqat sahələri harmonik analiz, yaxınlaşma (aproksimasiya) nəzəriyyəsi, inteqral çevrilmələr, klassik analiz olan professor İ.Əliyev BDU-da olacağı bir həftə müddətində daha bir neçə məruzə ilə çıxış edəcək.

Qeyd edək ki, İ.Əliyev Azərbaycan SSR Elmlər Akademiyasında işlədiyi vaxtlarda  əmək fəaliyyətindəki uğurlarına görə Lenin Komsomol mükafatına layiq görülüb.

Mətbuat və İnformasiya şöbəsi, 20 avqust 2014-cu il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!