Akademik Vasim Məmmədəliyev Heydər Əliyev Fondunun “Qızıl çinar” mükafatına layiq görülüb

11/05/2017

Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsinin dekanı, tanınmış şərqşünas alım, "Şöhrət" ordenli, Əməkdar elm xadimi, akademik Vasim Məmmədəliyev Heydər Əliyev Fondu tərəfindən təsis edilmiş “Qızıl çinar” beynəlxalq mükafatının 2017-ci il üzrə qalibi olub.

Alim bu mükafata fondun yeni nəslin kamil insan kimi formalaşmasında əhəmiyyət kəsb edən layihələrinə verdiyi dəstəyə, kütləvi informasiya vasitələrində bəşəri dəyərlərin təbliğində fəal iştirakına görə layiq görülüb.

Mükafatı alimə ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə və Heydər Əliyev Fondunun fəaliyyətinin 13 illiyinə həsr olunan təntənəli mərasimdə Fondun prezidenti Mehriban Əliyeva təqdim edib.

Sonra çıxış edən akademik Vasim Məmmədəliyev bu dəyərli mükafata layiq görüldüyünə görə dövlət başçısı İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya təşəkkürünü bildirib.

Alim Azərbaycanın görkəmli şəxsiyyətlərinin həyat və yaradıcılığının araşdırılması, dünya ictimaiyyətində tanıdılması, bütövlükdə ölkə mədəniyyətinin beynəlxalq aləmdə təbliği istiqamətində Mehriban Əliyevanın əvəzsiz rolu olduğunu deyib. Azərbaycan ədəbiyyatı və incəsənəti sahəsində fəaliyyət göstərən insanların xidmətlərini hər zaman yüksək səviyyədə qiymətləndirdiyinə görə Mehriban Əliyevaya dərin hörmət və ehtiramını ifadə edib.

Mətbuat və informasiya şöbəsi, 11 may 2017-ci il

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!