Akademik Feyzulla Qasımzadənin “XIX əsr Azərbaycan ədəbiyyatı” dərsliyi yenidən işıq üzü görüb

10/03/2017

Görkəmli ədəbiyyatşünas alim, akademik Feyzulla Qasımzadənin “XIX əsr Azərbaycan ədəbiyyatı” dərsliyi (Bakı: Elm və təhsil, 2017, 552 səh.) yenidən işıq üzü görüb. 1974-cü ildə nəşr olunmuş və 40 ildən çox ali məktəb tələbələrinin və müəllimlərinin stolüstü kitabına çevrilmiş bu unikal dərslik 2017-ci ildə BDU-nun Azərbaycan ədəbiyyatı tarixi kafedrasının professoru Yeganə İsmayılovanın gərgin əməyi nəticəsində təkmilləşdirilmiş şəkildə yenidən çap olunub. Kitabın elmi redaktoru prof. T.Hüseynoğlu, rəyçiləri prof. T.Mütəllimov, dos. E.Hüseynov və dos. M.Osmanoğludur.

Dərslik ali məktəblərin Filologiya fakültəsinin tələbələri üçün tərtib edilib. Əsər “Azərbaycan ədəbiyyatı tarixi” proqramına əsasən yazılıb. Dərslikdə aşağıdakı fəsillər əhatə olunub:

1. Azərbaycanın Rusiya tərəfindən işğalı dövrü (1800-1830);

2. XIX əsrin I yarısında (30-40-cı illər) Azərbaycan ədəbiyyatı;

3. 50-60-cı illər Azərbaycan ədəbiyyatı;

4. 70-90-cı illərdə Azərbaycan ədəbiyyatı;

Kitabda A.Bakıxanov, M.Ş.Vazeh, İ.Qutqaşınlı, Q.Zakir, Ə.Nəbati, M.F.Axundzadə, S.Ə.Şirvani, N.Vəzirov kimi görkəmli yazıçılar haqqında ayrı-ayrı oçerklər də verilib.

Mətbuat və informasiya şöbəsi, 10 mart 2017-ci il

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!