Akademik Bəhram Əsgərov, yubileyiniz mübarək!

07/10/2013

Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov, Elm və innovasiya üzrə prorektor, professor Aydın Kazımzadə 4 oktyabr tarixində Bərk cisimlər fizikası kafedrasında olublar.  Onlar kafedranın müdiri, akademik, Azərbaycan Dövlət mükafatı laureatı, Əməkdar elm xadimi, fizika-riyaziyyat elmləri doktoru, professor Bəhram Mehralı oğlu Əsgərovu 80 illiyi, həmçinin elmi, pedaqoji və ictimai fəaliyyətinin 55 illiyinin tamam olması münasibətilə təbrik ediblər. Bir saatdan çox davam edən görüş səmimi şəraitdə keçirilib, fakültənin nailiyyətləri və inkişaf perspektivləri qeyd olunub. Rektor 2014-cü ilin universitetdə “fizika fakültəsi ili” elan edildiyini, həmçinin fizika fakültəsinin nəznində texnoparkın yaradılmasının planlaşdırıldığını beyan edib. Görüşdə Fizika fakültəsinin dekanı professor Məhəmmədəli Ramazanov ida ştirak edib.

Akademik B.M.Əsgərov 33 yaşında Azərbaycan Dövlət Universitetinə dəvət olunub, 5 il sonra Bərk cisim fizikası kafedrasını yaradıb. Artıq 42 ildir ki, akademik B.M.Əsgərov bu kafedraya  rəhbərlik edir.

Yubilyar 1933-cü ildə Tovuz rayonunun Əhmədabad kəndində anadan olub. Universitetin fizika-riyaziyyat fakültəsini fərqlənmə diplomu ilə bitirdikdən sonra Azərbaycan Elmlər Akademiyasının Fizika İnstitutunun aspiranturasına daxil olub. Aspirantura illərində prof. A.I. Anselmin rəhbərliyi altında bərk cisim nəzəriyyəsi ilə məşğul olub. Səmərəli fəaliyyət nəticəsində onlar adi kinetik tənlik tətbiq olunmadığı zaman kvantlanmış maqnit sahəsində dissipativ termomaqnit cərəyanların hesablanma üsulunu təklif ediblər. B.Əsgərov, yarımkeçiricilərdə indium antimonid tipli keçiricilik zona üçün eninə qalvanomaqnit hadisəsi üçün kvant nəzəriyyəsində əsas olan Adams və Qolsteynin sıxlığının matrisa üsulunu ümumiləşdirib.

B.M.Əsgərova 5 kitab məxsusdur, onlardan ikisi ingilis dilində dünyanın nüfuzlu nəşriyyat evlərində: World Scientific, Singapore -“Electron Transport Phenomena in Semiconductors” (1994) və Springerdə (2010) çap olunub. İlk monoqrafiya, "Yarımkeçiricilərdə kinetik effektlər" bir neçə dəfə nəşr edilib və bütün dünyada elm adamları tərəfindən tanınıb. Bu monoqrafiya hətta bərk cisim fizikası sahəsi ilə məşğul olan ixtisasçılar üçün  masa üstü kitaba çevrilib. O, Rusiya, Amerika, Avropa və Yapon elmi jurnallarda dərc olunmuş 170 məqalənin müəllifidir. B.M. Əsgərov - Yarımkeçiricilər nəzəriyyəsi məktəbinin banisidir, gənc alimlərin faydalanması üçün yorulmadan çalışan, 15 elmlər namizədi və dörd elmlər doktoru yetişdirib.

Hörmətli Bəhram müəllimi  yubileyi münasibətilə ürəkdən təbrik edirik!

Məhsuldar elmi yaradıcılığının bundan sonra da illər boyu davam etməsini  diləyirik!

Mətbuat və informasiya şöbəsi, 07 oktyabr 2013-cü il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!