Akademik Abel Məhərrəmov İtaliyanın Sapienza Roma universiteti nümayəndə heyətini qəbul edib

08/05/2013

Bu gün Bakı Dövlət Universitetin rektoru, akademik Abel Məhərrəmov İtaliyanın Sapienza Roma universiteti nümayəndə heyətini qəbul edib. Fizioterapik İnstitutun baş direktoru professor Aldo Morronenin başçılıq etdiyi nümayəndə heyətinə Sapienza Universiteti Hospitalının Tibbi Genetika Laboratoriyasının müdiri, professor Paolo Grammatica, Mendel İnstitutunun (Roma) Molekulyar Genetik Diaqnostik laboratoriyanın rəhbəri,  professor İsabella Torrente, düzgün olmayan cinsi inkişafın genetik səbəblərinin araşdırılması üzrə mütəxəssi, professor Antonio Marocco, Tibbi genetika üzrə mütəxəssis, laboratoriya ləvazimatları və test materialları üzrə İtaliya təmsilçisi doktor Ashgar Ebrahimi daxil idi. Qeyd edək ki, qonaqların səfərinin məqsədi TEMPUS layihəsi çərçivəsində Molekulyar genetika üzrə tədqiqat laboratoriyasının açılması ilə əlaqədar danışıqlarının aparılmasıdır. Bu laboratoriya indiyə qədər Azərbaycanda həyata keçirilməyən tədqiqatların aparılması üçün nəzərdə tutulur.

İtaliya elm və təhsil müəssisələri ilə əlaqələrin inkişaf etməyə hazır olduğunu qeyd edən rektor Abel Məhərrəmov, qonaqlara BDU-nun yaradılması tarixi haqqında, inkişaf mərhələləri və universitetin beynəlxalq əlaqələri barədə məlumat verib.

Qonaqlar universitetin tədris və elmi-tədqiqat laboratoriyaları, Elektron Tədris Mərkəzində olublar.

Mətbuat və İnformasiya şöbəsi, 08 may 2013-cü il.


 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!