Akademik Abel Məhərrəmov bilik yarışının qalibləriylə görüş keçirib

07/05/2010

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 87-ci ildönümü münasibətilə məktəblilər arasında təşkil olunan inşa yazı müsabiqəsi qaliblərinin mükafatlandırılması  mərasimi keçirilib. Tədbir  Yeni Azərbaycan Partiyası, Heydər Əliyev Fondu, Təhsil Nazirliyi, Azərbaycan Həmkarlar  İttifaqları Konfederasiyası, Rabitə və İnformasiya Texnologiyaları  Nazirliyinin birgə təşkilatçılığı ilə baş tutub. Təhsil naziri Misir Mərdanov  bildirib ki, yarışmaya 600 mindən çox şagird qatılıb.  Üç mərhələdə keçirilən yarışmanın son mərhələsinə 96 şagird seçilib. Münsiflər heyətinin qərarına əsasən, 21 nəfər müsabiqənin qalibi olub. Onlardan 5 nəfəri 1-ci yerə, 5 nəfəri 2-ci yerə, 11 nəfəri 3-cü yerə layiq görülüblər. 56 nəfərin inşası isə fəxri fərmanlarla fərqləndirilib. Müsabiqə iştirakçılarından 87 məktəblinin yazısı  kitabça halında nəşr olunub. Nazir müsabiqəyə qatılanların sayının getdikcə artmasını ümummilli liderə sevginin nəticəsi kimi xarakterizə edib. YAP sədrinin müavini - icra katibi, millət vəkili Əli Əhmədov belə müsabiqələrin ulu öndər Heydər Əliyev irsini öyrənməyə xidmət edən hərəkat olduğunu bildirib. Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov  müsabiqə iştirakçılarını Fondun prezidenti YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, deputat Mehriban xanım Əliyevanın adından təbrik edib. Onun çıxışından məlum olub ki, Fond müsabiqədə nəzərdə tutulan mükafatlardan əlavə qaliblərin bu ilin iyununda Belçika, Fransa və Almaniyaya səfərlərini təşkil edəcək.
Müsabiqədə qalib gəlmiş şagirdlərin hər birinə bir ədəd kompyuter və xaricə səfərləri zamanı gördüklərini əbədiləşdirmək üçün fotoaparat hədiyyə edilib. Dövlət İqtisad Universitetinin rektoru, millət vəkili Şəmsəddin Hacıyev iki qalibin hər birinə 500 manat, təhsil naziri Misir Mərdanov isə bir şagirdə 1000 manat təqdim edib. BDU-nun rektoru, akademik Abel Məhərrəmov II dərəcəli diplomla təltif olunan Ağdaş şəhər, Səməd Vurğun adına 1 saylı orta məktəbin 11-ci sinif şagirdi Rüfanə Nizaməddin qızı Novruzluya və Samux rayonu Qarayeri qəsəbə 1 nömrəli orta məktəb liseyinin 8-ci sinif şagirdi Fəridə Mobil qızı Əliyevaya diplomlar təqdim edib. Eyni zamanda qalib şagirdlər rektor tərəfindən universitetə  dəvət edilib və onlara müxtəlif hədiyyələr, o cümlədən pul mükafatı təqdim edib.
Rektor şagirdlərin valideynlərinə ağıllı, vətənpərvər övlad yetişdirdiklərinə görə minnətdarlıq edib. Bildirib ki, müsabiqə qalibləri və iştirak edən hər bir şagird bununla ulu öndər  Heydər Əliyevin siyasi  kursuna  tərəfdar olduqlarını bir daha nümayiş etdirirlər.

BDU-nun Mətbuat və İnformasiya şöbəsi, 07 may 2010-cu il.

 

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!