Akademik Abel Məhərrəmov Beynəlxalq Nobel İnformasiya Mərkəzinin prezidentini qəbul edib

03/05/2013

Bakı Dövlət Universitetinin   rektoru, akademik Abel Məhərrəmov Beynəlxalq İnformasiya Nobel Mərkəzi (BİNM), Rusiya Təbii Elmlər Akademiyasının akademiki, texnika elmləri doktoru, professor Vyaçeslav Tyutyunniki qəbul edib. Söhbət əsnasında qarşılıqlı maraq doğuran məsələlərə toxunulub, o cümlədən kimyaçı və ixtiraçı, Nobel mükafatı banisi, Alfred Nobelin 180 illiyinin qeyd edilməsinə dair fikir mübadiləsi edilib. Görüş zamanı, həmçinin, BDU-da Nobelistika Mərkəzinin yaradılması məsələsi barədə də müzakirə edilib.

Görüşdə BİNM-nin həqiqi üzvü, qurumun Qafqaz və Mərkəzi Asiya üzrə səlahiyyətli nümayəndəsi Bəybala Ələsgərov da  iştirak edib.

Vyaçeslav Tyutyunnik elmi-tədqiqat laboratoriyalarına, mərkəzlərə  baxıb və yüksək təəssüratla ayrılıb.

Mətbuat və İnformasiya şöbəsi, 03 may 2013-cü il.




 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!