Şahmat turnirinin açılışı oldu

13/03/2010

Martın 12-də Bakı Dövlət Universitetində ümummilli lider Heydər Əliyevin  anadan olmasının 87-ci ildönümünə həsr olunmuş şahmat turnirinin açılış mərasimi oldu. Universitetin Həmkarlar İttifaqı Komitəsinin sədri, dosent Fikrət Şiriyev rektor, akademik Abel Məhərrəmovu və mərasimə dəvət olunmuş qonaqları - Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini, görkəmli şahmatçı, beynəlxalq qrossmeystr Aynur Sofiyevanı, Azərbaycan Şahmat Federasiyasının icraçı direktoru, beynəlxalq dərəcəli hakim Namiq İsmayılovu, o cümlədən tədbir iştirakçılarını salamladı. F.Şiriyevin çıxışından məlum oldu ki, 38 nəfər universitet əməkdaşı arasında keçirilən müsabiqə ulu öndərin ad günü ərəfəsində yekunlaşacaq. Yarışın şərtləri haqqında məlumat verən beynəlxalq dərəcəli hakim Namiq İsmayılov müsabiqənin olimpiya sistemi ilə keçiriləcəyini bildirdi. Məlum oldu ki,  mübarizə aparan tərəflərin nəticələri heç-heçə olarsa, onlara daha 5 dəqiqə sürətli vaxt ayrılacaq.
Akademik Abel Məhərrəmov ulu öndər Heydər Əliyevin anadan olmasının 87-ci ildönümünə həsr olunmuş şahmat turnirinin əhəmiyyətindən danışdı və bununla bağlı daha bir neçə mötəbər tədbirin nəzərdə tutulduğunu bildirdi. Şahmatın intellektual yarış olduğunu vurğulayan rektor qalib gəlmək üçün məntiq, düşüncə və təfəkkürün güclü olmasının önəmini qeyd etdi. Beynəlxalq qrossmeystr Aynur Sofiyeva isə çıxışında əlamətdar tədbirə dəvət olunmasının onda böyük məmnunluq doğurdunu bildirdi. Sonda iştirakçılar arasında püşkatma keçirildi.
Akademik Abel Məhərrəmov və Aynur Sofiyevanın simvolik olaraq başladıqları oyun heç-heçə ilə başa çatdı. Bundan sonra iştirakçılar gərgin yarışa başladılar…

BDU-nun Mətbuat və İnformasiya şöbəsi, 13 mart 2010-cu il.

 

 

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!