BDU-da Şahmat çempionatının açılışı olub

11/04/2013

Bu gün Bakı Dövlət Universitetində ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi münasibətilə şahmat çempionatının açılış mərasimi olub. Rektor,  akademik Abel Məhərrəmov ulu öndər Heydər Əliyevin idmanın inkişafına daim böyük önəm verdiyini, ümummilli liderin ideyalarının Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini, dövlət başçısının şahmatın maddi-texniki təminatının möhkəmləndirilməsi, elmi-metodiki və normativ hüquqi bazasının təkmilləşdirilməsi məqsədilə imzaladığı sərəncamların əhəmiyyətini qeyd edib. Eyni zamanda, şahmatın inkişafı üçün əhəmiyyətli proqramların, tədbirlərin reallaşdırıldığının  qazanılan nailiyyətlərdən olduğunu deyib.

Rektor əlavə edib ki, BDU Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə keçirilən şahmat çempionatı mayın 10-dək davam edəcək. Yarışlarda universitetin 17 fakültəsi üzrə 30 nəfər müəllim-əməkdaşın iştirakı nəzərdə tutulub. Yarışların sonunda 1, 2 və 3-cü yeri qazanan qaliblərə diplom və pul mükafatı təqdim ediləcək. Rektoru çıxışının sonunda bütün iştirakçılara müvəffəqiyyətlər arzulayıb.

Qeyd edək ki, açılış mərasimində  Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini, beynəlxalq qrossmeyster Aynur Sofiyeva,  Bakı Metropoliteninin rəisi Tağı Əhmədov, YAP-ın Yasamal rayon təşkilatının sədri Fikrət İsmayılov, Azərbaycanın şahmat yığmasının baş məşqçisi Fikrət Sideifzadə iştirak edib.

Mətbuat və İnformasiya şöbəsi, 11 aprel 2013-cü il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!