ADA-nın aparat rəhbəri BDU Jurnalistika fakültəsində mühazirə oxuyub

10/03/2017

ADA Universitetinin aparat rəhbəri Şəfəq Mehrəliyeva Bakı Dövlət Universiteti Jurnalistika fakültəsinin ingilisdilli qruplarının tələbələrinə mühazirə oxuyub.

Dekan müavini, dosent Könül Niftəliyeva qonağı fakültədə görməkdən məmnunluğunu ifadə edərək onun fəaliyyəti barədə tələbələrə məlumat verib. Bildirib ki, Şəfəq Mehrəliyeva uzun illər AZƏRTAC, “Space” müstəqil teleşirkəti və CNN dünya xəbərlərində peşəkar jurnalist kimi fəaliyyət göstərib. İngilis dili qruplarının müəllimləri Vəfa İsgəndərova və Anzulə Əmirovanın  təşəbbüsü ilə  baş tutan görüşün tələbələr üçün mühüm əhəmiyyət kəsb etdiyini qeyd edib, öz təcrübəsini bölüşəcəyi üçün Şəfəq Mehrəliyevaya minnətdarlığını bildirib.

Öz növbəsində, dəvətə görə təşəkkür edən Şəfəq Mehrəliyeva jurnalistikanın əsasları, ənənəvi və yeni media, PR, informasiya texnologiyalarının jurnalistikada tətbiqi  ilə bağlı ingilis dilində mühazirə oxuyub. İyirmi illik təcrübəsini bölüşən Şəfəq Mehrəliyeva CNN dünya xəbərlərinə Dağlıq Qarabağ münaqişəsi, o cümlədən Xocalı faciəsi, Qanlı Yanvar hadisələri ilə bağlı hazırladığı materiallardan, onların təsirindən bəhs edib.

Sonda tələbə-jurnalistlərin sualları cavablandırılıb.

Mətbuat və informasiya şöbəsi, 10 mart 2017-ci il

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!