ABŞ-ın Prinston Universitetinin professoru BDU-da mühazirə oxuyub

02/11/2011

Bu gün Amerika Birləşmiş Ştatlarının Prinston Universitetinin professoru Maykl Reynolds Bakı Dövlət Universitetinin tarix fakültəsində müəllimlər üçün “ABŞ universitetlərində tarix fənni necə tədris olunur”, tələbələr üçün isə “Azərbaycan Xalq Cümhuriyyəti”  mövzularında  mühazirə oxuyub. Tədqiqat sahəsi “Asiyada beynəlxalq və regional əlaqələr olan” professor, orta Şərqə şimaldan, Rusiyadan gəldiyini və Moskvada ali təhsil alarkən Qafqazdan – Dağıstan, Çeçenistan, Osetiya və Azərbaycandan bir çox insanlarla dostlaşdığını deyib. Professorun sözlərindən o da məlum olub ki, o, ABŞ-ın Prinston universitetində aspirantura təhsilində oxuyarkən diqqətini daha çox Osmanlı və Rusiya imperiyalarının son dövrlərini araşdırmağa yönəldib. ABŞ-da tarix fənninin necə tədris olunduğundan danışan tarixçi, bildirib ki, orada müəllimlər tələbələrə tarixi öyrətməklə yanaşı, tələbələrdə tənqidi düşünmə qabiliyyətini də inkişaf etdirirlər. Müəllim və tələbələrin maraqla dinlədikləri mühazirə, tarixçiyə çoxsaylı suallarla davam etdirilib.

Mətbuat və informasiya şöbəsi, 02 noyabr 2011-ci il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!