ABŞ-ın Hyuston Universiteti, BDU və Bakı Ali Neft məktəbi üçtərəfli niyyət sazişi imzaladı

16/01/2015

ABŞ-ın Hyuston Universitetinin rektoru və prezidenti Renu Xatur və Bakı Ali Neft məktəbinin rektoru Elmar Qasımovun rəhbərlik etdikləri nümayəndə heyəti Bakı  Dövlət Universitetində olublar.

Qonaqları salamlayan universitetin rektoru, akademik Abel Məhərrəmov  BDU-nun yaranma tarixi, fəaliyyəti, əldə etdiyi uğurları, tanınmış birlik və assosiasiyalarda təmsilçiliyi, ABŞ universitetləri ilə əlaqələri haqqında geniş məlumat verib. O, 1927-ci ildə təsis edilən Hyuston Universiteti ilə qarşılıqlı əməkdaşlığın qurulmasında maraqlı olduğunu bildirib.

ABŞ-ın Hyuston Universitetinin rektoru və prezidenti Renu Xatur təhsil əlaqələrinin ölkələrarası münasibətlərin inkişafında mühüm əhəmiyyət daşıdığını bildirib. Qeyd edib ki, ali təhsil inanılmaz imkanlar yaradır, bu sahədə çalışmaqdan məmnun olmalı və əlaqələrin genişlənməsi istiqamətində işlər görməliyik.

Çıxış edən Bakı Ali Neft məktəbinin rektoru Elmar Qasımov, öz növbəsində, əlaqələrin innkişafı istiqamətində maraqlı təkliflər irəli sürüb. Eyni zamanda bildirib ki, rəhbərlki etdiyi ali məktəbin bakalavr və magistr pilləsində təhsil alan tələbələr geologiya, kimya, sualtı mühitin və digər sahələrin öyrənilməsi üçün Hyuston Universitetində təcrübə keçəcəklər.

Qarşılıqlı əməkdaşlıq perspektivlərinin müzakirə olunduğun görüşün sonunda Bakı Dövlət Universiteti, Bakı Ali Neft Məktəbi və Hyuston Universiteti arasında üçtərəfli niyyət saziş imzalanıb.

Sazişdə tələbə və mütəxəssislərin mübadiləsi, tədris proqramlarının hazırlanması və tətbiqi, birgə tədqiqatların aparılması və digər məsələlər üzrə birgə əməkdaşlıq nəzərdə tutulur.

Qeyd edək ki, Hyuston Universiteti Şəbəkəsinin 4 universitetində təhsil alan tələbələrin ümumi sayı 40.750 nəfər təşkil edir.

Mətbuat və informasiya şöbəsi, 16 yanvar 2015-ci il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!