ABŞ-ın Emerson adına Elmi Hesablamalar Mərkəzinin direktoru BDU-da mühazirə oxuyub

19/11/2015

ABŞ-ın Emory Universitetinin nəzdində fəaliyyət göstərən Emerson adına Elmi Hesablamalar Mərkəzinin direktoru, professor Camal Musayev Bakı Dövlət Universitetində olub. Rektor, akademik Abel Məhərrəmovla görüşdə əməkdaşlıq və birgə layihələrlə bağlı müzakirələr aparılıb. Sonra alim universitetin fizika, kimya, mexanika riyaziyyat, tətbiqi riyaziyyat və kibernetika fakültələrinin professor-müəllim heyəti və magistrantlarla görüşüb.

Fizika fakültəsinin dekanı, professor Məmmədəli Ramazanov professor Camal Musayev haqqında məlumat verib və məlum olub ki, hazırda ABŞ-da böyük bir mərkəzə rəhbərlik edən alim BDU-nun fizika fakültəsinin məzunudur.

Bu reaksiyanın  selektivliyi idarə edən faktorları ( katalizatorun təbiətini daxil olmaqla yardımcı liqandlar, həlledici, əsas və s.) analiz etməklə gələcəkdə maraqlı mülahizələr irəli sürmək olar.

Əldə olunmuş biliklər suyun oksidləşməsi üçün yeni katalizatorların hazırlanması və S-H rabitəsinin funksionallaşdırılması, həmçinin TON katalizatorların və  reaksiyanın effektivliyinin artırılması üçün əvvəlcədən proqnoz verməyə şərait yaradır. Cıxışının sonunda professor Camal Musayev qeyd edib ki, müasir dünyada elmi araşdırmalar fənlər qovşağında aparılan tədqiqatlara önəm verilir və bu sahədə BDU-da aparılan tədqiqatlara üstünlük vermək lazımdır. Professor rəhbərlik etdiyi mərkəzlə BDU arasında elmi əlaqələrin qurulmasında maraqlı olduğunu bildirib və çoxsaylı suallara cavab verib.

Mətbuat və informasiya şöbəsi, 19 noyabr 2015-ci il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!