ABŞ-ın Binqamton Universitetinin professoru BDU-nun tarix fakültəsində olub

09/06/2017

Bakı Dövlət Universitetinin Tarix fakültəsində ABŞ-ın Binqamton Universitetinin professoru Heather  Dehaanın  ilə görüş keçirilib. Fakültənin professor-müəllim heyətinin iştirak etdiyi tədbiri açan dekan Azad Rzayev qonaq barədə məlumat verib. O, bildirib ki, tarix elmləri üzrə fəlsəfə doktoru Heather  Dehaanın  bu yaxınlarda “Stalin dövründə şəhər planlaşdırılması: peşəkarlar, performans və güc”  adlı monoqrafiyası dərc edilib. Hazırda ikinci proyekti kimi o, 1920-ci ilin sonlarında  və 1970-ci ilin əvvəllərində Bakıda məhəllə inkişafının öyrənilməsi mövzusunda təqdiqat işləri aparır. Alimin tədris istiqamətlərinə Rusiya və Sovet tarixi, Mərkəzi Asiya və Qafqaz, XX əsrdə Avrasiyada şəhər təcrübəsi daxildir. Professor  Rusiya, Mərkəzi Asiya (Azərbaycan) və ABŞ-da gündəlik şəhər həyatını araşdıraraq şəxsi bloqunda bu barədə (http://www.heatherdehaan.wordpress.com) materiallar təqdim edir.

Professor Heather  Dehaanın  görüş üçün təşəkkür edib və tədqiqat işi haqqında məlumat verib.

Mətbuat və informasiya şöbəsi, 09 iyun 2017-ci il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!