Abel Məhərrəmov Zoya Zaytsevanı qəbul edib

04/11/2011

Bu gün Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov Böyük Britaniyanın QS (Quacqerelli Symonds Limited) Agentliyinin Dünya Universitetlərinin Keyfiyyət Standartlarının reytinqi üzrə marketinq direktoru xanım Zoya Zaytsevanı qəbul edib. Bu gün dünya universitetlərinin nüfuzunun onların bir sıra məşhur agentliklər tərəfindən aparılan reytinq siyahıları əsasında müəyyən olunduğu deyən rektor bildirib ki, vahid Avropa təhsil məkanının yaradılması Azərbaycan ali təhsil müəssisələri qarşısında yüksək keyfiyyətli təhsillə yanaşı, müasir dövrdə rəqabətə davam gətirə bilən cəmiyyətin qurulmasını tələb edir. Qonaq da öz növbəsində 2010-cu ildə respublikamızın digər ali təhsil müəssisələri ilə yanaşı, Bakı Dövlət Universitetinin də direktoru olduğu Agentlik tərəfindən 20 000 universitet arasında aparılan təhlillərə görə, dünyanın ən məşhur 700 universitetinin reytinq siyahısına daxil edildiyi xatırladaraq rektoru bu münasibətlə təbrik edib.

Sonra xanım Zoya Zaytsevanın iştirakı ilə seminar keçirilib. Seminarda universitetlərin reytinq siyahılarına daxil olunması kriteriyalı  müraciət formaları və digər şərtlər haqqında ətraflı məlumat verən xanım Zaytseva QS agentliyinin yaranma tarixi barədə də danışıb.

Onun fəaliyyəti dövründə Azərbaycanın ali təhsil müəssisələri ilə də yaranan münasibətlərdən danışan qonaq qeyd edib ki, BDU-da onu ən sevindirən məqamlardan biri də müəllimlə tələbə arasında olan münasibətdir ki, bu da ona ilk yerləri tutmağa kömək edir.

Seminarda təhsil nazirinin müavini Qulu Novruzov və digər ali təhsil müəssisələrindən qonaqlar iştirak edib.

 

Mətbuat və İnformasiya şöbəsi, 04 noyabr 2011-ci il


 

 

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!