Abel Məhərrəmov Yaponiyanın ölkəmizdəki səfiri ilə görüşüb

12/10/2013

Bu gün Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov Yaponiyanın ölkəmizdəki səfiri Şusuke Vatanabeni qəbul edib. Rektor səfirin fəaliyyəti dövründə respublikamızda elmin və təhsilin inkişafına dəstəyindən, Şərqşünaslıq fakültəsində Yapon dili və ədəbiyyatının tədrisinə göstərdiyi xüsusi münasibətdən məmnun olduğunu bildirib. Onun dövründə Yaponiyaya göndərilən tələbələrin sayının artdığını deyən rektor, eyni zamanda səfirin xanımı Atsuko Vatanabenin yapon dili və ədəbiyyatı ixtisası üzrə təhsil alan təbələlərə Yaponiyanın mədəniyyəti, incəsənəti ilə bağlı dediyi dərslərin əhəmiyyətini qeyd edərək təşəkkürlərini çatdırıb. Rektor yaxın vaxtlarda diplomatik fəaliyyəti başa çatacaq səfirə bu xidmətlərinə görə universitetin Fəxri Fərmanını təqdim edib.

Mətbuat və İnformasiya şöbəsi, 12 oktyabr 2013-cü il.


 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!