Abel Məhərrəmov USAİD agentliyinin Avrasiya üzrə İnzibatçı müavinini qəbul edib

28/10/2011

Bu gün Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov USAİD agentliyinin Avrasiya üzrə İnzibatçı müavini Conatan Heyli qəbul edib. Görüşdə Amerika dövlətinin təhsilə, elmə verdiyi önəmdən danışan qonaq USAİD ilə BDU arasında olan əməkdaşlığın nəticə verdiyini qeyd edib.

Rektor Abel Məhərrəmov dövlətin təhsilə, elmə qayğısından danışıb, Prezident İlham Əliyevin hər üç sərəncamından ikisinin təhsilə, elmə aid olduğunu deyib. Bu gün  BDU-da “İnformasiya-Kommunikasiya Texnologiyaları və Şəxsiyyət Hüquqları” adlı II Beynəlxalq  elmi-praktiki simpoziumun  keçirildiyini xatırladan rektor, bütün sahələrlə bərabər hüquqi sahədə də qloballaşmanın vacibliyini vurğulayıb. Son illərdə BDU-nun hüquq fakültəsində tədrisin təkmilləşdirilməsi üçün bir neçə addımların atıldığını, 2006-cı ildə universitetdə Amerika Hüquqşünaslar Assosiasiyasının təşkilatı dəstəyi ilə Kommersiya hüququ, 2009-cu ildən İnsan hüquqları, eyni zamanda bu ildən başlayaraq Almaniyanın Wurzburg Universiteti ilə əməkdaşlıq nəticəsində fakültədə Avropa hüququ ixtisaslaşması üzrə magistratura proqramlarının yaradıldığını və bu qruplarda dərslərin tamamilə ingilis dilində aparıldığını deyib. Rektor, bütün bu işlərdə USAİD agentliyinin əməyinin olduğunu da qeyd edib.

Sonda qonaq BDU və USAİD arasında əməkdaşlığın daha da inkişaf edəcəyini və bilavasitə elmi işlə məşğul olmaq üçün şərait yaradacaqlarını bildirib.

Mətbuat və İnformasiya şöbəsi, 28 oktyabr 2011-ci il.


 

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!