Abel Məhərrəmov Ukraynanın Azərbaycandakı səfirini qəbul edib

03/11/2011

Bu gün Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov Ukraynanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Aleksandr Mişenkonu qəbul edib.

Rektor Abel Məhərrəmov Azərbaycanla Ukrayna arasında qardaşlıq, dostluq əlaqələrinin mövcudluğundan danışıb, universitetin tarixi, bugünü barədə məlumat verib. Ötən həftə Ukraynanın Kiyev şəhərində keçirilən “MDB-yə üzv olan ölkələrin elm və yaradıcı ziyalılarının VI forumu” çərçivəsində Avrasiya  Universitetləri  Birliyi və Beynəlxalq Elmlər Akademiyaları Assosiasiyasının birgə iclasında iştirakına toxunan akademik Abel Məhərrəmov bu tədbirin iki ölkə arasında elm və təhsil sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsi baxımından çox önəmli olduğunu qeyd edib.

Səmimi qəbul üçün rektor Abel Məhərrəmova minnətdarlığını bildirən səfir Aleksandr Mişenko Bakı Dövlət Universitetinin təhsil və elm sahəsindəki böyük təcrübəsi barədə məlumatı olduğunu bildirib. Ölkəsinin ali məktəbləri haqqında ətraflı danışan Aleksandr Mişşenko Ukrayna universitetləri ilə Bakı Dövlət Universiteti arasında bir çox sahələr üzrə əməkdaşlıqda maraqlı olduqlarını vurğulayıb .

Görüş zamanı qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb, iki ölkə arasında elm və təhsil sahəsində əməkdaşlığın möhkəmləndirilməsi üçün müvafiq təkliflər səsləndirilib.

Qeyd edək ki, bu ilin fevral ayında Ukrayna Prezidenti Viktor Yanukoviçin fərmanı ilə Azərbaycana fövqəladə və səlahiyyətli səfir təyin edilən Aleksandr Mişenko 2005-ci ildən Ukraynanın Türkiyə Respublikasındakı səfiri olub. Türkiyəyə səfir təyin olunanadək o, Ukraynanın Avstraliyadakı müvəqqəti işlər vəkilinin səlahiyyətlərini icra edib.

Mətbuat və İnformasiya şöbəsi, 28 oktyabr 2011-ci il.

 

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!