Abel Məhərrəmov ukraynalı həmkarını qəbul edib

28/09/2011

Bu gün Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov  O.Qonçar adına Dnepropetrovsk Milli Univeristetinin (Ukrayna) rektoru  Nikolay Viktoroviç Polyakovu və elmi-pedaqoji iş üzrə prorektoru Sergey Aleksandroviç Çernetskini qəbul edib. Universitet haqqında qonaqlara ətraflı məlumat verən rektor Abel Məhərrəmov, əsasən onun beynəlxalq əlaqələrindən danışıb. O.Qonçar adına Dnepropetrovsk Milli Univeristetinin  rektoru  Nikolay Viktoroviç Polyakov Bakı Dövlət Universiteti ilə əməkdaşlığın səmərəli nəticələr verəcəyini qeyd edib. Görüşün nəticəsi olaraq univeristetlər arasında anlaşma memorandumu imzalanıb. Memorandum tədqiqatçı, aspirant və magistrlərin mübadiləsi, müəllimlərin ixtisaslarının artırılmasına qarşılıqlı yardım, qabaqcıl inkişaf metodları sahəsində təcrübə mübadiləsi, ikitərəfli birgə elmi simpozium, seminar və konfransların təşkili, qarşılıqlı maraq doğuran layihə və proqramlarda tərəflərin birgə iştirakını nəzərdə tutur. İmzalanma mərasimindən sonra akademik Abel Məhərrəmov memorandumun kağız üzərində qalmayacağını, təhsil və elmin inkişafı baxımından səmərəli olacağını qeyd edib. Universitetlə tanış olan ukraynalı qonaqlar Azərbaycan təhsilinin və elminin  flaqmanından xoş təəssüratlarla ayrılıblar.

Mətbuat informasiya şöbəsi, 28 sentyabr 2011-ci il.

(Material AzadInform, Modern, SalamNews, Lent.az, 1News.az, vest.az, MediaForum, news.rambler.ru, ann.az informasiya agentliklərində, xəbər portallarında və "Yeni Azərbaycan", "İki sahil" qəzetlərində də  yayımlanıb - 28-29 sentyabr 2011-ci il)







 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!