Abel Məhərrəmov Türkiyənin Azərbaycandakı yeni səfirini qəbul edib

05/12/2012

Bu gün Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov  Türkiyə Respublikasının ölkəmizə yeni təyin edilmiş səfiri Alper Coşkunu qəbul edib. Səfirə universitet haqqında məlumat verən akademik Abel Məhərrəmov əsasən Türkiyə universitetləri ilə əməkdaşlıqdan,  BDU və Ankara Universiteti arasında imzalanmış və ikili diplom verilməsini nəzərdə tutan müqavilədən danışıb.

Bakı Dövlət Universiteti ilə Türkiyə universitetləri arasında münasibətlərdən məmnunluq ifadə edən səfir Alper Coşkun bu əməkdaşlığın daha da inkişafında maraqlı olduqlarını diqqətə çatdırıb.

Görüşdə   Türkiyənin Azərbaycandakı Səfirliyinin ikinci katibi Bahar Doğan da iştirak edib.

Qonaqlar BDU ilə yaxından tanış olub, elmi-tədqiqat laboratoriyalarına baxıb və yüksək təəssüratla ayrılıblar.

BDU-nun Mətbuat və İnformasiya şöbəsi, 05 dekabr 2012-cu il.

Material aşağıdakı yerli və xarici KİV-də də yayımlanıb: azxeber.com, modern.az, azinterkom.com, muallim.edu.az, teleqraf.com, interfax.az, news.lent.az, oxucu.info.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!