Abel Məhərrəmov Türkiyə Ədliyyə Akademiyasının rektorunun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb

13/12/2011

Bu gün Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov Türkiyə Ədliyyə Akademiyasının rektoru Hüseyin Yıldırımın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Təmsil etdiyi  akademiya  haqqında danışan  rektor Hüseyin Yıldırım Azərbaycanın ən önəmli və klassik universitetinə səfər etdiklərindən məmnun olduqlarını bildirib.

Dövlətlərimiz arasında qardaşlıq münasibətlərinin, o cümlədən elmi, hüquqi sahələrdə əməkdaşlığın dinamik inkişafını vurğulayan akademik Abel Məhərrəmov Bakı Dövlət Universitetində 600 türkiyəli tələbənin təhsil aldığını qonaqların nəzərinə çatdırıb. Rektor Bakı Dövlət Universitetinin Türkiyənin Ədliyyə Akademiyası ilə sıx əməkdaşlıq əlaqəsinin olduğunu da bildirib.

Görüş zamanı həmçinin diplomların qarşılıqlı tanınması, qarşılıqlı təcrübə, simpozium, seminarların təşkil edilməsi, əməkdaşlığın perspektivləri və digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Görüşdə Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor İradə Əliyeva, Beynəlxalq əlaqələr və əməkdaşlıq üzrə prorektor Şəlalə Məmmədova, Sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektor Sani Hacıyev, Hüquq fakültəsinin dekanı Əmir Əliyev və Hüquq fakültəsinin dekan müavini  Sərvər Süleymanlı da iştirak ediblər.

Mətbuat və İnformasiya şöbəsi, 13 dekabr 2011-ci il.

Material aşağıdakı yerli və xarici KİV-də də yayımlanıb: AzerTac, APA, lent.az, azadinform.az.

 

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!