Abel Məhərrəmov İsveçrənin Respublikasının Bakıdakı səfiri ilə görüşüb

21/06/2012

Bu gün Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov İsveçrənin Azərbaycandakı səfiri xanım Sabine Ulmann Şaban ilə görüşüb. Bakı Dövlət Universiteti kimi qabaqcıl təhsil ocağında olmağından qürur hissi duyduğunu deyən səfir universitetin Azərbaycanın ilk ali təhsil ocağı olduğunu xüsusilə vurğulayıb. Öz növbəsində səfir Ulmanın BDU-ya gəlişindən məmnunluq duyduğunu deyən rektor, akademik Abel Məhərrəmov, universitetin tarixi, beynəlxalq əlaqələri barədə danışıb. Müxtəlif ixtisas üzrə təhsil alan tələbələrin İsveçdə təcrübə keçmələrinin səmərəli nəticə verəcəyini və səfirin bu istiqamətdə dəstək olacağına əminliyini ifadə edib. BDU ilə tanışlığın onda xoş təəssürat yaratdığını deyən səfir  təmsil etdiyi ölkənin BDU iləəməkdaşlıqda, birgə proqram və layihələrin reallaşmasında maraqlı olduğunu bildirib. Görüşdə yeni innovasiyalar üzrə elmi istiqamətlərlə bağlıəməkdaşlıq və bir sıra qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.  BDU ilə yaxından tanış olan nümayəndə heyəti xoş təəssüratlarla ayrılıb.

Mətbuat vəİnformasiya şöbəsi, 21 iyun 2012-ci il.

 

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!