Abel Məhərrəmov səfir İnayatullah Kakar ilə görüşüb

18/01/2012

Bu gün Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov Pakistan İslam Respublikasının Bakıdakı fövqəladə və səlahiyyətli səfiri İnayatullah Kakar ilə  görüşüb. Bakı Dövlət Universiteti kimi prestijli təhsil ocağında olmağından fəxr hissi duyduğunu deyən səfir Azərbaycan müstəqillik əldə etdikdən sonra Pakistanla sıx əlaqələrinin yarandığını vurğulayıb. Ölkələrimiz arasında oxşar cəhətlərin olduğunu deyən qonaq, ötən il Azərbaycanın və Pakistanın BMT-nin qeyri-daimi üzvlüyünə seçildiyini xüsusilə qeyd edib.
Öz növbəsində rektor, akademik Abel Məhərrəmov şərq ölkələri içərisində Azərbaycana yaxın olan dövlətlərdən birinin Pakistan olduğunu və son on ildə Bakı Dövlət Universitetində şərq dillərinin, o cümlədən urdu dilinin tədris edildiyini diqqətə çatdırıb. İndiyə qədər urdu dilini 56 bakalavr və 4 magistrin bitirdiyini deyən rektor bu ixtisas üzrə təhsil alan tələbələrin Pakistanda təcrübə keçmələrinin səmərəli nəticə verəcəyini və səfirin bu istiqamətdə dəstək verəcəyinə əminliyini ifadə edib.
Görüşdə yeni innovasiyalar üzrə elmi istiqamətlərlə bağlı əməkdaşlıq və bir sıra qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.
Səfir şərqşünaslıq fakültəsinə urdu dili ixtisası üzrə təhsil alan tələbələr üçün kitab və digər texniki vasitələr hədiyyə edib.

Mətbuat və İnformasiya şöbəsi, 18 yanvar 2012-ci il.

Material aşağıdakı yerli və xarici KİV-də də yayımlanıb: APA, Salamnews.org, lent.az, azxeber.com, azadinform

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!