Abel Məhərrəmov Pakistan nümayəndə heyəti ilə görüşüb

24/11/2011

Bu gün BDU-nun rektoru, akademik Abel Məhərrəmov  Pakistan Ali Təhsil Komissiyasının, Elmlər Akademiyasının  sədri, Baş nazirin elm və texnologiya üzrə məsləhətçisi, İslam Konfransı Təşkilatının elm və texnologiyalar üzrə əməkdaşlıq komitəsinin baş koordinatoru və Beynəlxalq Kimya Elmləri Mərkəzinin direktoru, professor Atta-ur-Rahmanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Universitetin tarixi və bu günü barədə məlumat verən rektor ölkəmizdə təhsilin inkişafından, bu istiqamətdə dövlət səviyyəsində atılan addımlardan bəhs edib. Azərbaycan-Pakistan əlaqələrini daha da inkişaf etdirmək üçün urdu dilini mükəmməl bilən kadrların yetişdirilməsinin əhəmiyyətindən danışan rektor universitetdə urdu dilinin tədris edildiyini bildirib.

BDU-da olmasından məmnunluğunu ifadə edən professor Atta-ur-Rahman elm, texnologiya və innovasiya, sosial iqtisadi inkişafın zəruri şərtlərindən bəhs edib. Qonaq birgə proqramlar üzərində işləməkdə, magistr və aspirant yetişdirməkdə, akademik, elmi və mədəni əlaqələri inkişaf etdirməkdə maraqlı olduqlarını diqqətə çatdırıb.

Sonda birgə elmi tədqiqatların aparılması, tələbə, təcrübə və informasiya mübadiləsi, müxtəlif mövzularda çoxsaylı konfransların, seminarların keçirilməsi və digər məsələləri əhatə edən memorandum imzalanıb.

Görüşdən sonra tələbələrin və müəllimlərin iştirakı ilə professor Atta-ur-Rahmanın mühazirəsi dinlənilib. Universitetin Nanotexnologiya Mərkəzi, İmmunologiya, Kimya, Nüvə-maqnit rezonans laboratoriyaları, Elektron monitorinq mərkəzi ilə tanış olan qonaqlar universitetdən xoş təəssüratlarla ayrılıblar.

BDU-nun Mətbuat və İnformasiya Şöbəsi, 24 noyabr, 2011-ci il.


Material aşağıdakı yerli və xarici KİV-də də yayımlanıb: modern.az, apa.az, azadinform.az, sia.az.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!