Abel Məhərrəmov Nottingem Universitetinin professoru Deyv Dauti ilə görüşüb

14/11/2012

Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov   Nottingem Universitetinin  İnsan Resurslarının İnkişafı üzrə  Beynəlxalq Departamentinin direktoru, British Council-ın MDB ölkələrində  İnsan Resurslarının İdarə olunması üzrə Baş Məsləhətçisi  Deyv Dauti ilə görüşüb.Görüş zamanı Nottingem universiteti ilə BDU arasında ikili diplomların tətbiq olunması üzrə proqramın yaradılması məsələsi müzakirə olunub.   Rektor BDU-nun beynəlxalq proqramlar və qrantları haqqında məlumat verərək artıq BDU ilə Ankara universiteti arasında ikili diplomların verilməsinə dair Anlaşma Memorandumunun imzalandığını bildirib. Akademik Abel Məhərrəmov eyni təcrübənin Rusiya Universitetləri ilə də olduğunu qeyd edərək BDU-nun Avropa universitetləri ilə də bu istiqamətdə əməkdaşlıq etməyə maraqlı olduğunu qeyd edib. Rektor, biznesin idarə olunması məsələsinin də çox aktual olduğunu qeyd edərək BDU-nun bu məsələyə dair maraqları haqqında danışıb.

Mətbuat və informasiya şöbəsi, 14 noyabr 2012-ci il.



 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!