Abel Məhərrəmov Kubanın Xalqlar Dostluğu İnstitutunun birinci vitse-prezidenti və BDU-nun məzunu Elio Qames Neyra ilə görüşüb

02/02/2012

Bu gün BDU-nun rektoru, akademik Abel Məhərrəmov Kuba Respublikasının ölkəmizdəki səfiri Marselo Kabalyero Tores, Kubanın Xalqlar Dostluğu İnstitutunun birinci vitse-prezidenti və BDU-nun məzunu Elio Qames Neyra, İnstitutun Avropa Departamentində Azərbaycan üzrə cavabdeh olan xanm İbis Alvisa ilə görüşüb.

Təmsil etdiyi İnstitut haqqında məlumat verən qonaq, Bakı Dövlət Universiteti ilə əməkdaşlıqda maraqlı olduqlarını bildirib. 1985-ci ildə Bakı Dövlət Universitetinin beynəlxalq hüquq ixtisasını bitirən Elio Qames Neyra BDU-nun məzunun olması ilə hər zaman qürur duyduğunu söyləyib. Ona dərs deyən müəllimləri xatırlayıb, yaddaşında məsuliyyətli, tələbkar, ciddi alimlər kimi qaldıqlarını söyləyib.

Rektor Abel Məhərrəmov Elio Qames Neyranın təhsil aldığı illərdə universitetin Tədris hissəsinin müdiri işlədiyini deyib və onu yaxşı xatırladığını diqqətə çatdırıb. BDU məzununun doğma universitetə olan münasibətindən, əməkdaşlıqla bağlı təkliflərindən məmnun qaldığını deyən rektor birgə konfrans və simpoziumların keçirilməsi, müəllim-tələbə mübadiləsi, qrant və layihələr üzərində işlənilməsinin  əhəmiyyətindən bəhs edib.

Qarşılıqlı maraq doğuran görüşdən sonra qonaqlar universitetin Elektron Tədris Mərkəzi, Heydər Əliyev muzeyində olub, tələbələrlə görüş keçiriblər. Elio Qames Neyra BDU məzunu kimi iş təcrübəsi haqqında məruzə edib, sualları cavablandırıb.

BDU-nun Mətbuat və İnformasiya şöbəsi, 02 fevral 2012-ci il.

Material aşağıdakı yerli və xarici KİV-də də yayımlanıb: APA, SIA, lent.az, azadinform, azxeber.com

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!