13/09/2011
Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov bu il kimya fakültəsinə qəbul olmuş tələbələr və onların valideynləri ilə görüşüb. Rektor tələbələri universitetin ən tarixi fakültəsinə daxil olmaları münasibətilə təbrik edib, valideynlərə isə gözaydınlığı verib. Bildirib ki, universitet yetkin bir insanın təhsil aldığı müəssisədir və burada yalnız oxuyub, seçdiyin ixtisasın peşəkarı olmağa çalışmaq lazımdır. Valideynləri isə övladlarının universitetə adaptasiya olduğu zamana qədər nəzarətdə saxlamağa çağıran rektor bu günlərdə BDU-nun dünyanın 700 ən yaxşı universiteti siyahısına daxil olduğunu da tədbir iştirakçılarının nəzərinə çatdırıb. Akademik Abel Məhərrəmov nanotexnologiyalarin inkişaf etdiyi dövrdə kimyaçıların zəhmətinin böyük olduğunu deyib, yenicə tələbə adını qazanmışlara mənalı, məntiqli tələbəlik həyatı keçirməyi arzulayıb.
Qeyd edək ki, bu il universitetin kimya fakültəsinin kimya, kimya müəllimliyi və kimya mühəndisliyi ixtisaslarına 143 tələbə qəbul olub. Onlardan 8 nəfəri 600 baldan yüksək, 14 nəfəri 550-600, 73 nəfəri isə 500-550 bal toplayanlardır.
Mətbuat və İnformasiya şöbəsi, 13 sentyabr 2011.
(Material Azxeber.com xəbər portalında yayımlanıb - 13 sentyabr 2011-ci il )
Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir
BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə mühüm nailiyyətlərə imza atib
Məzun günümüz...
BDU-nun zahiri gözəlliyindən...
Yay sessiyası başladı!