Abel Məhərrəmov Jurnalistika fakültəsinin dekan müavini Əli Hacıyevi Fəxri Fərmanla təltif edib

14/05/2012

Jurnalistika fakültəsinin tədris işləri üzrə dekan müavini, Televiziya və radio jurnalistikası kafedrasının baş müəllimi Əli Hacıyevin 50 yaşı tamam olub. Bu münasibətlə keçirilən tədbirdə fakültənin ağsaqqalı Şirməmməd Hüseynov başda olmaqla, professor-müəllim heyəti iştirak edib. Çıxış edənlər Əli müəllimi gözəl insan, müəllim, səmimi iş yoldaşı kimi xarakterizə ediblər.

Əli Əflan oğlu Hacıyev 1962-ci il may ayının 10-da Bakı şəhərində anadan olub. 1969-1979-cu illərdə Bakı şəhər 158 №-li orta məktəbdə oxuyub. 1985-1991-ci illərdə BDU-da jurnalistika ixtisası üzrə təhsil alıb, 1985-ci ildən BDU-nun jurnalistika fakültəsində çalışır.
Əmək fəaliyyətinə 1979-cu ildə «İşıq» nəşriyyatında başlayıb. 1983-cü ildə Televiziya və radio jurnalistikası kafedrası «Tədris» teleradio studiyasının müdiri vəzifəsində çalışıb. 1998-ci ildən Televiziya və radio jurnalistikası kafedrasının baş müəllimi, jurnalistika fakültəsinin dekan müavinidir. Əli müəllim fakültənin və universitetin ictimai həyatında fəal iştirak edir, tədrisin keyfiyyətinin yüksəldilməsi, nizam-intizamın möhkəmləndirilməsi üçün əlindən gələni əsirgəmir. O, «KİV-in texnikası və texnologiyası», «RTV jurnalistikasının əsasları», «Jurnalistin praktik yaradıcılığı» fənlərini tədris edir. Ə.Hacıyev çoxsaylı elmi məqalələrin müəllifidir.

Qeyd edək ki, Əli Hacıyev uzunmüddətli səmərəli fəaliyyətinə görə rektor, akademik Abel Məhərrəmov tərəfindən Fəxri Fərmanlı təltif edilib, ona təşəkkür elan edilib.

Biz də sevimli Əli müəllimi təbrik edir, ona can sağlığı, ailə səadəti, yeni-yeni yaradıcılıq uğurları arzulayırıq.

Mətbuat və İnformasiya şöbəsi, 14 may, 2012-ci il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!