Abel Məhərrəmov hüquq fakültəsinin I kurs tələbələri ilə görüşüb

27/09/2011

Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov bu il hüquq fakültəsinə qəbul olmuş tələbələrlə görüşüb. Rektor birinciləri tələbə adını qazanmaları  münasibətilə təbrik edib. Bildirib ki, universitet yetkin bir insanın təhsil aldığı müəssisədir və burada yalnız oxuyub, seçdiyin ixtisasın peşəkarı olmağa çalışmaq lazımdır. Rektor bu günlərdə  BDU-nun dünyanın 700 ən yaxşı universiteti siyahısına daxil olduğunu da tələbələrin  nəzərinə çatdırıb. Akademik Abel Məhərrəmov tələbəri ingilis dilini öyrənməyə, informasiya-kommunikasiya texnologiyalarına da yiyələnməyə çağırıb.

Rektor yenicə tələbə adını qazanmışlara mənalı, məntiqli tələbəlik həyatı keçirməyi arzulayıb. Qeyd edək ki, bu il universitetin hüquq fakültəsinə 350 tələbə qəbul olub. Onlardan 131 nəfəri 600 baldan yüksək,  7 nəfəri isə prezident təqaüdçüsüdür.

Mətbuat və İnformasiya şöbəsi, 27 sentyabr, 2011-ci il.


 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!