Abel Məhərrəmov Halis Koyuncuoğlu ilə görüşüb

30/06/2011

Bu gün Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov Türkiyənin ölkəmizdəki səfirliyinin təhsil müşaviri Halis Koyuncuoğlu ilə görüşüb. Görüşdə məlum olub ki, müşavirin diplomatik missiyası başa çatır və yaxın günlərdə Azərbaycanı tərk edəcək. 2008-ci ildən ölkəmizə təhsil müşaviri olaraq təyin olunan Halis Koyuncuoğlunun fəaliyyətini yüksək qiymətləndirən rektor Abel Məhərrəmov bu illər ərzində BDU ilə təhsil müşavirliyi arasında görülən mühüm işlərdən bəhs edib. Halis Koyuncuoğlu hər iki tərəfin səyləri nəticəsində BDU-da təhsil alan türk tələblərə yaradılmış şəraitdən məmnun olduğunu bildirib və problemlərinin həlli üçün göstərilən xüsusi diqqətə görə rektor Abel Məhərrəmova təşəkkür edib. Halis Koyuncuoğlunun Azərbaycandan getməsi xəbərini təəssüflə qarşıladığını deyən akademik Abel Məhərrəmov onun Azərbaycandakı fəaliyyəti ilə əlaqədar olaraq müvafiq strukturlara BDU-nun adından təşəkkür məktublarının göndəriləcəyini bildirib.

Mətbuat və İnformasiya şöbəsi, 30 iyun 2011-ci il.

(Material APA, Azadİnform, Modern.az, Lent.az, SalamNews, ru.redtram.com, novoteka.ru, 1News.az informasiya agentliklərində, xəbər portallarında və "Yeni Azərbaycan" qəzetində  də yayımlanıb 30 iyun-01 iyul 2011-ci il)

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!