Abel Məhərrəmov Hacettepe Universitetinin professorunu qəbul edib

16/01/2012

Material aşağıdakı yerli və xarici KİV-də də yayımlanıb:

Bu gün Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov Hacettepe Universitetinin Polimer Kimya kafedrasının professoru Olgun Güveni qəbul edib.

Tanınmış alimin BDU-ya gəlişindən məmnunluq duyduğunu deyən rektor, universitetin tarixi, beynəlxalq əlaqələri barədə danışıb. BDU ilə tanışlığın onda xoş təəssürat yaratdığını deyən Olgun Guven təmsil etdiyi universitetin BDU ilə əməkdaşlıqda, birgə proqram və layihələrin reallaşmasında maraqlı olduğunu bildirib.

Qeyd edək ki, Türkiyə Kimyaçılar Cəmiyyətinin, Tətbiqi Kimya uzər Beynəlxalq Mərkəzin (İngiltərə), Amerika Kimyaçılar Cəmiyyətinin və Türkiyə Elmlər Akademiyasının üzvü olan Olgun Guven Kimya fakültəsində «İonlaşdırıcı radiasiya: nanomaterialların alınmasında universal vasitələr, metal nanoklaster, nanogellər, iondaşıyıcı membranlar» adlı mühazirə oxuyacaq, BDU-nun işçi qrupu ilə müzakirələr aparacaq.

Mətbuat və İnformasiya şöbəsi, 16 yanvar 2012-ci il.

Material aşağıdakı yerli və xarici KİV-də də yayımlanıb: azadinform, SIA, azxeber.com, salamnews.org, modern.az


 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!