Abel Məhərrəmov çexiyalı qonaqları qəbul edib

29/11/2011

Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov Çexiyanın Kimya Texnologiyası İnstitutunun Tədqiqat və İnkişaf üzrə prorektoru Milan Pospişıli, Biokimya və Mikrobiologiya kafedrasının müdiri professor Katerjina Demnerovanı və Beynəlxalq əlaqələr departamentinin müdiri Dr. Hana Opatovanı qəbul edib. BDU haqqında qonaqlara məlumat verən rektor akademik Abel Məhərrəmov, əsasən universitetin beynəlxalq əlaqələrindən danışıb.

Çexiyanın Kimya Texnologiyası İnstitutunun Tədqiqat və İnkişaf üzrə prorektoru Milan Pospişıli səfərlərinin məqsədinin Azərbaycanda ali təhsilin səviyyəsini öyrənmək olduğunu deyib. Qonaq həmçinin təmsil etdiyi institutun BDU ilə neft və nanotexnologiyalar sahəsində əməkdaşlıqda maraqlı olduğunu və bu əməkdaşlığın gələcəkdə səmərəli nəticələr verəcəyini də bildirib.
Görüş zamanı tərəflər əməkdaşlığı daha da səmərəli etmək üçün tədqiqatçı, tələbə və müəllimlərin mübadiləsini, eləcə də birgə layihə və proqramlarda iştirakı nəzərdə tutan memorandumun hazırlanması barədə razılıga gəliblər. Qonaqlar BDU-nun Nanotexnologiya laboratoriyasinda və digər elmi mərkəzlərində olublar.

Görüşdə  Beynəlxalq əlaqələr və əməkdaşlıq üzrə prorektor Şəlalə Məmmədova və Biologiya fakültəsinin dekanı Akif Quliyev də iştirak edib.

Mətbuat və informasiya şöbəsi, 29 noyabr 2011-ci il.

Material aşağıdakı yerli və xarici KİV-də də yayımlanıb: SIA, lent.az.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!