Abel Məhərrəmov “Ekologiyanın dostu” milli mükafatına layiq görülüb

25/12/2010

Dekabrın 23-də «EKO-2010» Gənclər Koalisiyasının təşkil etdiyi «Ekologiyanın dostları» və «Ekologiyanın düşmənləri» milli mükafatlarının təqdimat mərasimi keçirilib.BDU-nun rektoru, akademik Abel Məhərrəmov “Ekologiyanın dostu” milli mükafatına layiq görülənlər sırasında olub və «Təhsil sahəsində ekoloji maarifləndirmə işinə görə” təltif edib.Koalisiyanın yaradılmasında əsas məqsəd ayrı-ayrı dövlət, qeyri-hökumət təşkilatlarını, gənclər təşkilatlarını, kütləvi informasiya vasitələrini, ümumiyyətlə müvafiq imkanları olan fiziki və hüquqi şəxsləri ekoloji problemlərin həllinə yönəlmiş layihələrin həyata keçirilməsinə cəlb etmək, əhali arasında maarifləndirmə tədbirləri və aksiyaları təşkil etmək olub.Qeyd edək ki, 2010-cu il «Ekologiya ili» çərçivəsində BDU-da bir çox elmi-praktik konfranslar, maarifləndirici tədbirlər, müsabiqələr keçirilib. Bu tədbirlərə qatılan rektor Abel Məhərrəmov ekologiya sahəsinə dövlət qayğısından, bu elmin inkişafından, bu sahədə görülən və mövcud problemlərdən bəhs edib, problemlərin həlli yollarından çıxış kimi birmənalı olaraq ekoloji maarifləndirməni vacib sayıb.

BDU-nun Mətbuat və İnformasiya şöbəsi, 25 dekabr 2010-cu il.

 

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!