Abel Məhərrəmov «Avrasiyanın fəxri» medalı ilə təltif edilib

13/05/2011

Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov Qazaxıstan Respublikası Lev Qumilyov adına Avrasiya Milli Universitetinin Elmi Şurasının 27 aprel 2011-ci il tarixli qərarı ilə Avrasiya məkanında təhsil və mədəniyyətin inkişafınaverdiyi töhfələrinə görə «Avrasiyanın fəxri» medalı və müvafiq diplomla təltif edilib. Medalı və diplomu Bakı Dövlət Universitetində müasir qazax yazılı ədəbiyyatının banisi Abay Kunanbayev Mərkəzinin açılışı münasibətilə keçirilən tədbirdə adıçəkilən universitetin rektoru, professor Baxıtcan Abdraim təqdim edib. Rektor Abel Məhərrəmov ona verilən dəyərə görə həmkarına və Milli Avrasiya Universitetinin Elmi Şurasının üzvlərinə minnətdarlıq edib.

BDU-nun Mətbuat və İnformasiya şöbəsi, 13 may 2011-ci il.

(Material AzerTac, APA, SIA, AzadInform, modern.az, lent.az, simsar.az, www.xalqqazeti.com, www.salamnews.org, gun.az, www.science.az, www.paralel.az, anet.az, bizimxeber.com, www.interfax.az, elpress.az, ucnoqta.az, Milli.az, Azxeber.com informasiya agentliklərində və xəbər portallarında və "Azərbaycan", "Yeni Azərbaycan", "Respublika",  "Xalq qəzeti", "İki sahil", "Ekspress", "Komsomolskaya pravda" qəzetlərində də yayımlanıb 13-17 may 2011-ci il)


 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!