Abel Məhərrəmov Argentinanın Elmi və Texniki Araşdırmalar üzrə Milli Şurasının Prezidentini qəbul edib

19/10/2011

Bu gün Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov   Argentinanın Elmi və Texniki Araşdırmalar üzrə Milli Şurasının Prezidenti xanım Marta Roviranın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Xanım Marta Rovira rəhbərlik etdiyi qurum haqqında danışıb. Onun sözlərindən məlum olub ki, qurumun əsas fəaliyyət istiqamətlərinə Argentinada elm və texnologiyanın inkişaf etdirilməsi məqsədi ilə bu sahələrdə aparılan araşdırmaların maliyyələşdirilməsi, tədqiqat layihələrinə subsidiyaların verilməsi, digər ölkələrin institutları ilə elm-texnologiya sahələrində əməkdaşlığın təşviqi, universitet məzunlarının bacarıqlarının artırılması, onların elmi tədqiqatlara cəlb olunması, dövlət və özəl universitetlərdə laboratoriyalar və tədqiqat mərkəzlərinin yaradılması daxildir. Xanım Marta Rovira Azərbaycan Milli Elmlər Akademiyasında da olduğunu, struktur baxımından təmsil etdiyi şura ilə oxşar olduğunu bildirib.

BDU haqqında qonaqlara məlumat verən rektor, akademik Abel Məhərrəmov dünyada elmi tədqiqatların aparılmasında metodologiyanın fərqli,  strategiyanın eyni olduğunu vurğulayıb. Eyni zamanda, Argentinanın Elmi və Texniki Araşdırmalar üzrə Milli Şurası ilə nanotexnologiya, innovasiya sahələrində əməkdaşlıq etməkdə maraqlı olduqlarını bildirib. BDU-nun Nanotexnologiya Mərkəzi, İmmunologiya, Kimya, Nüvə-maqnit rezonans laboratoriyaları, Elektron monitorinq mərkəzi ilə tanış olan qonaqlar Azərbaycan təhsilinin və elminin  flaqmanından xoş təəssüratlarla ayrılıblar.

Mətbuat və informasiya şöbəsi, 19 oktyabr 2011-ci il.

Material aşağıdakı yerli və xarici KİV-də də yayımlanıb: AzerTac, azadinformmodern.az, salamnews.org, news.rambler.ru, mail.ru1news.az.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!