Abel Məhərrəmov Birləşmiş Nüvə Araşdırmaları İnstitutunun üzv dövlətlərinin nümayəndələrini qəbul edib

08/06/2011

Bu gün Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov  Birləşmiş Nüvə Araşdırmaları İnstitutunun üzv dövlətlərinin dövlət nümayəndələrinin səlahiyyətli komitə sədri, professor S.Dubçinkanı, Maliyyə işləri üzrə direktor müavini V.V.Katrasevi və MBD Nanotexnologiyalar Beynəlxalq İnnovasiya Mərkəzinin direktoru, Birləşmiş Nüvə Araşdırmaları İnstitutunun innovasiya inkişafı üzrə direktor müavini A.V.Ruzayevi qəbul edib. Görüş zamanı gələcək əməkdaşlıq barədə müzakirələr aparılıb. Daha sonra qonaqlar universitetin potensialı ilə yaxından tanış olmaq məqsədilə Nanoaraşdırmalar mərkəzində, Ekoloji monitorinq üzrə elmi-tədris laboratoriyasında, Nüvə-maqnit rezonans laboratoriyasında, Mühasibatlıqda, Heydər Əliyev Muzeyində, Tədris-Elektron mərkəzində olublar. Qeyd edək ki, qonaqların BDU-ya səfəri Birləşmiş Nüvə Araşdırmaları İnstitutunun maliyyə işləri üzrə səlahiyyətli komitə sədri yanında işçi qrupunun iclası çərçivəsində baş tutub.

Mətbuat və İnformasiya şöbəsi, 08 may 2011-ci il.

(Material SIA, Lent.az, ANN.az informasiya agentliyində , xəbər portallarında və "Yeni Azərbaycan" qəzetində də yayımlanıb 08-09 iyun 2011-ci il)

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!