Abel Məhərrəmov 1000 dollar yardım edib

26/05/2014

Türkiyənin Manisa vilayətinin Soma qəsəbəsində baş vermiş mədən faciəsinin qurbanlarına yardım məqsədilə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin başlatdığı yardım aksiyası davam edir.

Modern.az
saytının xəbərinə görə, bu gün Milli Məclisin daha bir deputatı yardım kampaniyasına qoşulub. Belə ki, millət vəkili, Bakı Dövlət Universitetinin rektoru  Abel Məhərrəmov Soma faciəsinin qurbanlarına 1000 ABŞ dolları məbləğində yardım edib.

Qızıl Aypara Cəmiyyətindən Modern.az-a verilən məlumata görə, indiyədək Azərbaycan Milli Məclisinin 30 deputatı “Soma kampaniyasına” maddi yardım edib.

Mətbuat və İnformasiya şöbəsi, 26 may 2014-cü il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!