Abay mərkəzində " Naurız meyramı" qeyd olunub

17/03/2014

Bu gün Bakı Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən Abay adına Qazax dili, tarixi və mədəniyyəti mərkəzində, Qazaxıstanın Azərbaycandakı səfirliyinin dəstəyi ilə "Naurız meyramı" qeyd olunub. BDU tələbələri ənənəvi qazax yeməkləri olan baursak, kazi və s. yeməklərlə bayram süfrəsini bəzədərək əsl Novruz ab-havasını yaradıblar. Tədbirdə "Qazaxıstanda Novruz bayramı necə qeyd olunur?" adlı prezentasiya təqdim olunub. Tədbirə gələn qonaqları “Köktem Tudı" (Bahar gəldi) sözlərilə qarşılayan filologiya fakültəsinin tələbələri Abayın yaz haqqında şeirlərini oxuyublar. Qeyd olunub ki, bu gözəl bayram ənənələrində bir çox oxşar cəhətlərin olması Qazaxıstan və Azərbaycan xalqlarının ortaq tarixi köklərə malik olduğunu göstərir.

Mətbuat və informasiya şöbəsi, 17 mart 2014-cü il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!