ABŞ səfirliyinin müşaviri Emi Peterson BDU-nun Beynəlxalq jurnalistika kafedrasında olub

11/10/2016

Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin Beynəlxalq jurnalistika kafedrasında ABŞ-ın Azərbaycandakı səfirliyinin mədəniyyət məsələləri üzrə müşaviri Emi Peterson və təhsil məsələləri üzrə mütəxəssisi Firuzə Cəfərovanın iştirakı ilə görüş keçirilib. Fakültənin professor-müəllim heyətinin iştirak etdiyi görüşdə qonaqları salamlayan kafedra müdiri, professor Həmid Vəliyev kafedranın yaranma tarixi, fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verib.

Görüş zamanı ABŞ-ın aparıcı media vasitələrinin Beynəlxalq jurnalistika kafedrası ilə əlaqələrinin yaradılması, kafedranın ABŞ mətbuatı ilə bağlı “Yeni dünya jurnalistikası” və “Xarici ölkələrin jurnalistika tarixi” kursuna daxil olan mövzular üzrə amerikalı mütəxəssislərin mühazirələrinin təşkili kimi məsələlər müzakirə edilib. Kafedra müəllimləri bununla əlaqədar bir sıra təklif və istəklərini bildiriblər.

Görüşün keçirilməsindən məmnunluğunu ifadə edən Emi Peterson Bakı Dövlət Universitetinin Beynəlxalq jurnalistika kafedrası ilə əməkdaşlıq əlaqələrinin uğurlu olacağına əminliyini ifadə deyib. Səsləndirilən təkliflərin dəqiq və konkret olduğunu vurğulayan müşavir jurnalistlərlə əməkdaşlığın səfirliyin prioritetlərindən biri olduğunu, bu istiqamətdə böyük potensialın mövcudluğunu, kafedranın gələcək fəaliyyəti istiqamətində ABŞ səfirliyinin dəstəyi ilə bağlı reallaşdırılacaq təkliflərin dəyərləndiriləcəyini qeyd edib.

Mətbuat və informasiya şöbəsi, 11 oktyabr 2016-cı il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!