ABŞ nümayəndələri ilə görüş

25/11/2015

ABŞ-ın olkəmizdəki səfirinin Mədəniyyət və təhsil işləri üzrə müşaviri Emi Peterson və təhsil proqramları üzrə mütəxəssis Raminə Mürşüdova Bakı Dövlət Universitetində olub.

Xarici tələbələrlə iş üzrə dekan Gülheyran Rəhimova qonaqlara   universitetin beynəlxalq əlaqələrindən danışıb. Beynəlxalq layihələr şöbəsinin müdiri Elmira İsmayılova, Radio və televiziya jurnalistikası kafedrasının müdiri Aynur Kərimova ilə görüşdə Fulbright Mütəxəssis Proqramı haqqında məlumat verilib. Bundan əlavə, 2016-cı ilin may-iyun aylarında keçiriləcək Peşəkar inkişaf dərəcə proqramları, “Fulbright” elmi-tədqiqat səfər proqramı, Peşəkar inkişaf qeyri-dərəcə proqramları, peşəkarlar üçün “SUSİ” proqramı, tədrisdə müvəffəqiyyət və nailiyyət proqramı haqqında da müzakirələr aparılıb.

Mətbuat və informasiya şöbəsi, 25 noyabr 2015-ci il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!