“Ağamusa Axundov və Azərbaycan filologiyası” mövzusunda beynəlxalq konfrans keçirilib

25/04/2017

Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyəti və Nəsimi adına Dilçilik İnstitutunun birgə təşkilatçılığı ilə Əməkdar elm xadimi, Azərbaycan Respublikası Dövlət Mükafatı laureatı, AMEA-nın həqiqi üzvü, professor Ağamusa Axundovun 85 illik yubileyi münasibətilə “Ağamusa Axundov və Azərbaycan filologiyası” mövzusunda beynəlxalq konfrans keçirilib.

Plenar iclasda çıxış edən BDU-nun rektoru, akademik Abel Məhərrəmov görkəmli dilçi alimin universitetlə bağlı fəaliyyətindən bəhs edib, onun müəllim kimi yüksəkixtisaslı kadrların hazırlanmasıdakı əvəzsiz xidmətlərindən danışıb. Rektor bildirib ki, 17 il Filologiya fakültəsinin dekanı, eləcə də 20 ilə yaxın kafedra müdiri olan A.Axundov özündən sonra məktəb yaratmış alimlərdəndir. O həm də həmkarlarının və tələbələrinin xatirəsində xeyirxah, humanist müəllim, ziyalı kimi qalıb. Alimin fəaliyyəti daim ulu öndər H.Əliyevin diqqət məkəzində olub və ölkə rəhbərliyi tərəfindən həmişə yüksək qiymətləndirilib.

Konfrasın bölmə iclaslarında Filologiya fakültəsinin dekanı, dos. Elçin Məmmədov, prof. Səhər Orucova, dos. Abbas Abbasov, dos. Rəhilə Quliyeva, dos. Qızılgül Abdullayeva, dos. Əsmətxanım Məmmədova, fil.f.d. Səbinə Vəliyeva, Pərvin Eyvazov, Aytən Əhmədova  və başqaları müxtəlif mövzularda məruzələr ediblər.

Mətbuat və informasiya şöbəsi, 25 aprel 2017-c il

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!