YaponiyanınTokyo Boeki şirkətinin nümayəndələri BDU-da olublar

08/11/2013

Yaponiyanın Tokyo Boeki şirkətinin prezidenti Kazuei Uçida, satış və marketing şöbəsinin direktoru Keiji Takigawa, Tokyo Boeki şirkətinin Ukrayna ofisinin idarə edici direktoru Aleksey Şpak və mühəndisi Vitaliy Tinkov Bakı Dövlət Universitetində olublar. Onlar BDU-nun Nano araşdırmalar laboratoriyasına baş çəkmişlər və Tokyo Boyko şirkətindən alınmış cihazların hazırkı vəziyyətləri ilə tanış olublar. Nano araşdırmalar laboratoriyasında onlara prof. M.Ə.Ramazanov cihazların texniki vəziyyəti və bu cuhazlar vasitəsi ilə aparılan tədqiqatlar barədə ətraflı məlumat verib. Sonra qonaqları BDU-nun rektoru akademik Abel Məhərrəmov qəbul edib. Görüşdə Bakı Dövlət Universitetində elektron mikroskopunda işləmək üçün treyning mərkəzi yaratmaq haqqında danışıqlar aparılmış və razılığa gəlinib. Gələcəkdə nanotexnologiyanın müxtəlif sahələrində, materialşunaslıq, nanotibb, nanotoksiqologiya və neftçıxarmada nanotexnologiyanın tətbiqi istiqamətlərində əməkdaşlıq haqqında razılığa gəlinib. Qeyd edilən istiqamətlərdə treyninglər aparmaq üçün Yaponiyanın nüfuzlu şirkətlərindən, universitetlərindən mütəxəssislərin və professorların dəvət olunması barədə müzakirələr aparılıb. BDU-nun savadlı və bacarıqlı tələbələrinin elmə həvəsinin artırılması məqsədi ilə Tokyo Boeko şirkətinin xüsusi təqaüdünün verilməsi barədə razılıq əldə edilib. BDU-da təbiət elmləri istiqamətində elm muzeyinin, innovasiya texnologiyalarının elektron nümayişi üçün xüsusi sahənin yaradılması məsələləri müzakirə edilib. Skanedici elektron mikroskopunun daha geniş imkanlarla işinin təmin edilməsi və nümunələrin tədqiqata hazırlanması üçün xüsusi qurğunun alınması barədə razılıq əldə edilib.

Mətbuat və informasiya şöbəsi, 07 noyabr 2013-cü il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!