Tələbə Elmi Cəmiyyətinin xeyriyyə təbiri

12/03/2013

BDU-nun Fizika fakültəsi Tələbə Elmi Cəmiyyəti (TEC) təkcə fakültənin elmi həyatında deyil o cümlədən ölkənin ictimai həyatında xüsusilə də xeyriyyə tədbirlərində yaxından iştirak etməyi qarşısına məqsəd qoyub.  Mart ayının 9-da  cəmiyyət növbəti tədbirini keçirib. Belə ki, bu dəfəki tədbir bir qədər fərqli olaraq Universitetdən kənarda, yəni Bakı şəhəri Suraxanı qəsəbəsində yerləşən 7 saylı əqli qüsurlu uşaqlar üçün internat məktəbində baş tutub. Qeyd edək ki, bu tədbir TEC-nin sədri R.N.İsmayılovanın rəhbərliyi və fakültənin I, II, III kurs tələbələri, magistrantların iştirakı ilə təşkil olunub. Tələbələri qarşılayan internatın direktoru Afaq xanım bildirib ki, bu  məktəbdə 200-ə yaxın şagirdin təlim tərbiyəsi ilə 60-a yaxın müəllim və tərbiyəçi məşğul olur. O, həmçinin deyib ki, burada bütün şagirdlər üçün hər cür şərait  yaradılıb. Tədbirin təşkili hər zaman diqqətə ehiyacı olan uşaqların böyük sevincinə səbəb olub. Tələbələrin təşkil etdiyi nahar fasiləsindən sonra uşaqlara hədiyyələr verilib və xatirə şəkilləri çəkilib. Tədbirin sonunda internatın direktoru Afaq xanım öz adından və müəllim kollektivi adından tələbələrə təşəkkür edib, bu cür tədbirlərin böyük əhəmiyyəti olduğunu vurğulayıb və belə tədbirlərin uzunömürlü olmasını arzulayıb. Bu cür tədbirlərin gözəl ənənəyə çevrilməsi üçün TEC gələcəkdə də tələbələrinin və magistrların belə görüşlərdə müntəzəm iştirakını təşkil etməyi nəzərdə tutur.

Mətbuat və İnformasiya şöbəsi, 12 mart 2013-cü il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!