Rektor Səudiyyə Ərəbistanından olan alimi qəbul edib

30/04/2012

Bu gün Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov Səudiyyə Ərəbistanı Kral Əbdüləziz adına Elm və Texnologiya Mərkəzinin (KƏŞETM) Elmi layihələr üzrə direktoru Süleyman Məhəmməd Alfadulu qəbul edib. Rektor qonağı Azərbaycanda, o cümlədən Bakı Dövlət Universitetində görməkdən məmnunluğunu ifadə edib.  Səudiyyə Ərəbistanı ilə ölkəmiz arasında sıx əlaqələrin olduğunu nəzərə çatdıran rektor Abel Məhərrəmov  bu münasibətlərin elm və təhsil müstəvisində də inkişaf etdiyini söyləyib, dövlətin elm və təhsilə olan diqqət və qaygısından bəhs edib.  A.Məhərrəmov universitetin şərqşünaslıq fakültəsində  ərəb dili və ədəbiyyatı üzrə mütəxəssis yetişdirildiyini, ölkəmizdə ərəb ixtisası üzrə görkəmli akademiklərin, alimlərin olduğunu söyləyib. BDU-da humanitar elmlərlə, yanaşı dəqiq elmlərə də böyük diqqət ayrıldığını bildirən rektor Səudiyyə Ərəbistanı universitetləri ilə kimya fakültəsi arasında bir sıra elmi layihələr üzərində müştərək görülən işləri də yüksək dəyərləndirib.

Doktor Süleyman Məhəmməd Alfadul Azərbaycana birinci dəfə səfər etdiyini, ölkəmizin onda xoş təəssüratlar oyatdığını, BDU-da olmasından şad olduğunu qeyd edib. İşlədiyi müəssisənin çoxsaylı layihələr həyata keçirdiyini bildirən qonaq hazırda BDU ilə bir proqram üzərində çalışdıqlarını söyləyib. “Müxtəlif tullantı sularının ağır metal, neft və neft məhsullarının təmizlənməsi üçün nanoməsaməli polifunksional polimer adsorbentlərin sintezi” adlı layihənin Səudiyyə Ərəbistanı tərəfindən rəyçisi olan Dr.Süleyman M.Alfadulu layihənin rəhbəri, BDU-nun kimya fakültəsinin dekanı, professor Abdulsəyid Əzizovla birgə görülən işlərdən bəhs edib. Bildirib ki, ölkəmizə gəlməkdə əsas məqsədi layihə üzərində alınan nəticələri müzakirə etməkdən ibarətdir. Qonaq gələcəkdə də universitetlə bir sıra yeni layihələr üzərində işləməkdə, əlaqələri daha da inkişaf etdirməkdə maraqlı olduğunu qeyd edib. Sonda rektor qonağa universitetin bukletini və hədiyyələr təqdim edib.

Mətbuat və informasiya şöbəsi, 1 may 2012-ci il.


 

 

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!