Rektor Abel Məhərrəmov Latviya səfirini qəbul edib

03/05/2011

Bu gün Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov Latviyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Hardis Baumanisi qəbul edib. BDU-nun yaranma və inkişaf tarixindən, beynəlxalq əlaqələrindən bəhs edən rektor Latviyanın ali təhsil ocaqları ilə əməkdaşlığa xüsusi önəm verməsindən, universitetlərin daha sıx və səmərəli fəaliyyət göstərmələri üçün birgə proqram və layihələrdən, tələbə-müəllim mübadiləsinin mümkünlüyündən danışıb.

1921-ci ildə Latviyanın müstəqillik qazandığı vaxt Azərbaycanın ilk olaraq Latviya xalqını bu münasibətlə təbrik etdiyini xatırladan səfir Hardis Baumanisi  Azərbaycan və Latviya dövlətləri arasında sıx əlaqələrin olduğunu bildirib. Latviya Dövlət Universitetinin BDU ilə oxşar tarixinin olduğunu, onun da 1919-cu ildə yarandığını bildirən səfir Azərbaycan universitetləri, xüsusən Bakı Dövlət Universiteti ilə əməkdaşlıqda maraqlı olduqlarını qeyd edib.

BDU-da bir sıra mərkəzlərin olduğunu xatırladan rektor Abel Məhərrəmov gələcəkdə Baltik mərkəzinin də açılacağını diqqətə çatdırıb.

Qeyd edək ki, bu ilin sentyabr-oktyabr aylarında Latviya Dövlət Universitetinin rektoru Martsis Auzenişin  BDU-ya səfəri olacaq. Səfər zamanı iki universitet arasında anlaşma protokolu imzalanacaq.

Qarşılıqlı maraq kəsb edən digər məsələlərin də müzakirə edildiyi görüş qonağın universitetlə tanış olaraq yüksək təəssüratla ayrılması ilə başa çatıb.

Mətbuat və informasiya şöbəsi, 03 may 2011-ci il.

(Material SİA, APA, AzadInform.az, Lent.az, Salamnews, Modern.az, AZE.az, ucnoqte.az, anspress.com, ann.az, News.az, news.rambler.ru, ru.redtram.com, bakılılar.az, www.novoteka.ru, www.azer-news.com,  informasiya agentliklərində, xəbər portallarında və "Yeni Azərbaycan", "Azərbaycan müəllimi", "525-ci qəzet", "İki sahil", "Nedelya", "CBN Extra" qəzetlərində də yayımlanıb 03-06 may 2011-ci il)

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!