18/10/2012
Bu gün Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov Qırğızıstan-Türkiyə Manas Universitetinin rektoru Səbahettin Balcı ilə görüşüb. Rektor qonağa universitetin yaranma və inkişaf tarixi, fəaliyyəti və beynəlxalq əlaqələri, proqram və qrant layihələrində iştirakı barədə məlumat verib.
Rektor Səbahəttin Balcı Bakı Dövlət Universitetində olmaqdan məmnun olduğunu, Azərbaycanın ilk ali təhsil ocağı ilə əməkdaşlıqda maraqlı olduğunu diqqətə çatdırıb. Məlum olub ki, adıçəkilən universitetdə 5000-ə yaxın tələbə təhsil alır. 14 ölkənin tələbələri sırasında 10 nəfər azərbaycanlı tələbə də var. Rektor deyib ki, tələbə qəbulu daxili qaydalar əsasında aparılır və Universitetimizin qapıları azərbaycanlı tələbələrin üzünə açıqdır. Hər cür şəraitimiz var, yataqxana problemi yoxdur, təhsil pulsuzdur.
Rektor Abel Məhərrəmov da öz növbəsində Qırğızıstan-Türkiyə Manas Universiteti ilə əlaqələrin yaranmasına və inkişafına dəstəyini ifadə edib. Rektorlar görüşün nəticəsi olaraq anlaşma memorandumu imzalayıblar. Memorandum tələbə-müəllim mübadiləsini, birgə proqram və qrantlarda iştirakı, elmi konfransların keçirilməsini və s. nəzərdə tutur.
Mətbuat və İnformasiya şöbəsi, 18 oktyabr 2012-ci il.
Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir
BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə mühüm nailiyyətlərə imza atib
Məzun günümüz...
BDU-nun zahiri gözəlliyindən...
Yay sessiyası başladı!