“Geologiyanın aktual problemləri”

01/06/2012

Geologiya fakültəsində Heydər Əliyevin anadan olmasının 89-cu ildönümünə həsr olunmuş “Geologiyanın aktual problemləri” mövzusunda Respublika elmi konfransının plenar iclası keçirilib.
Əvvəlcə BDU-nun elm və innovasiyalar üzrə prorektoru, professor Aydın Kazımzadə çıxış edərək konfransın əhəmiyyətindən danışıb. Daha sonra adıçəkilən fakültənin dekanı Aydın Xasayev, Faydalı qazıntılar kafedrasının müdiri, professor Vasif Babazadə çıxış edib.
Konfransda geologiya sahəsində elmi-tədqiqat işlərinin keyfiyyətini daha da yüksəltmək məqsədilə müəyyən təkliflər irəli sürülüb, əldə olunan elmi nəticələr müzakirə edilib.
Plenar iclasda tələbələr - Elvin Orucov (Xəzərin şelf zonasının ekoloji vəziyyətinə dair (azərbaycan hissəsi) və Elnur Rəsulzadənin (Termal su yataqları və onlar üzərində qurulmuş geotermal stansiyaların əhəmiyyəti barədə) çıxışları maraqla dinlənilib.

Qeyd edək ki, konfrans materialları dərc edilib.

Mətbuat və İnformasiya Şöbəsi,  01 iyun 2012-ci il

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!