BDU-nun Mətbuat və informasiya şöbəsinin açıqlaması:

07/05/2012

Bakı Dövlət Universitetinin hüquq fakültəsinin sabiq dekan müavini, hüquq elmləri doktoru, professor Məhəmməd İmanlının həbsi ilə bağlı Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin məlumatı ilə bağlı BDU-nun Mətbuat və informasiya şöbəsi aşağıdakıları bildirir:

Həqiqətən Məhəmməd İmanlı Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin “Cinayət hüququ və kriminalogiya” kafedrasının professorudur və 2004-cü ildən Hüquq fakültəsi dekanının müavini vəzifəsində işləmişdir. 2011-ci ildə həmin vəzifədən azad edilmişdir. Hal-hazırda BDU-da heç bir rəsmi səlahiyyətli vəzifə daşımır.

Haqqında söhbət gedən Beynəlxalq iqtisadi əlaqələr adlı fakültə Bakı Dövlət Universitetində yoxdur və oraya heç bir qəbul aparılmamışdır.

Qeyd edək ki, Bakı Dövlət Universitetində ikinci ali təhsil almaq üçün ixtisaslar BDU-nun Böyük Elmi Şurasında iyun ayında müzakirə olunur, bu barədə dövlət qəzetlərində elan çıxır, müvafiq komissiya yaradılır və müsabiqə yolu ilə fakültələrə qəbul aparılır. Hazırda ikinci ixtisasa (əlavə təhsil) qəbulla əlaqədar hazırlıq işlərinə başlanmamışdır, ümumiyyətlə bu il əlavə təhsilə qəbul aparılması nəzərdə tutulmur.

Hadisə təqsirləndirilən şəxsin evində, BDU-da olmayan ixtisasla əlaqədar, qəbul aparılması nəzərdə tutulmayan bir yerlə bağlı baş verdiyinə görə, respublikanın ilk ali təhsil ocağı olan Bakı Dövlət Universitetinin adının mətbuatda bu məsələ ilə paralel hallanması təəssüf doğurur.

 

Mətbuat informasiya şöbəsi, 7 may 2012-ci il


 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!