BDU-da Respublika Günü qeyd olunub

24/05/2013

Bu gün Bakı Dövlət Universitetində 28 may - Respublika Gününə həsr olunmuş tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan universitetin rektoru, akademik Abel Məhərrəmov iştirakçıları bayram münasibətilə təbrik edib. Xalq Cümhuriyyətinin çox böyük əsərləri olduğunu xatırladan akademik Abel Məhərrəmov, o əsərlərdən birinin də Bakı Dövlət Universiteti olduğunu qeyd edib. Deyib ki, 94 yaşlı universitetdə 95 yaşlı  Xalq Cümhuriyyətinin ildönümünü keçirməklə böyük qürur və şərəf hissi duyuruq.

XX əsrin Azərbaycan xalqının həyatında çox böyük mübarizələr əsri olduğunu, müstəqil dövlətimizin qurulduğunu deyən rektor bildirib ki, 1991-ci ilin 18 oktyabrında əldə etdiyimiz müstəqilliyin bu mübarizələrin məntiqi nəticəsi kimi tarixə düşdüyünü deyib. Akademik Abel Məhərrəmov bildirib ki, Azərbaycan yenidən öz müstəqilliyini bərpa etsə də, müstəqil siyasət apara bilmir, ölkədə baş alıb gedən hərc-mərclik, özbaşınalıq, hakimiyyətin tez-tez dəyişməsi müstəqilliyimizi təhlükə altına alırdı. Xalqımızın xilaskar bir şəxsiyyətə ehtiyacı vardı. Bu şəxsiyyət xalqımızın Ümummilli lideri Heydər Əliyev idi. 1993-cü ilin iyununda Azərbaycan parçalanma, dağılma ərəfəsində ikən ulu öndərimiz xalqın tələb və təkidi ilə hakimiyyətə gəlməsəydi, bu gün biz Azərbaycanın müstəqilliyindən belə danışa bilməzdik. Ulu öndərin hakimiyyəti dövründə Azərbaycan çox böyük uğurlara imza atıb və həmin uğurlu siyasət bu gün ölkə rəhbəri İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Rektorun çıxışından sonra BDU-nun təsis olunması ilə bağlı parlament iclasının tamaşası nümayiş etdirilib, tələbələr tərəfindən konsert proqramı təqdim olunub.

Filologiya fakültəsinin 1-ci kurs tələbəsi Əlihüseyn Quluzadəninifasında Müslüm Maqomayevin «Azərbaycan» mahnısı səslənib, tələbələrin ifasında «El bilir ki sən mənimsən» adlı şeirlərsəsləndirilib.

Mətbuat və İnformasiya şöbəsi, 24 may 2013-cü il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!